Ərdoğan: "Obama məni aldatdı"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sabiq prezidenti Barak Obama tərəfindən aldadıldığını etiraf edib.
APA TV-nin məlumatına görə, bunu Ərdoğan "Əl-Cəzirə"yə müsahibəsində deyib.
"İndi terror təşkilatlarına qarşı birgə mübarizə mövzusunda ABŞ-la aparacağımız danışıqlar üz-üzə baş tutacaq, görüşdə məsələnin detalları həll olunacaq və bir çox sənədi də onlara təqdim edəcəyik. Daha öncə PKK ilə bağlı məsələdə razılaşmamız var idi. Obama dönəmində də bu mövzuda razılıq əldə olunmuşdu. Fəqət Obama təəssüf ki, PYD və YPG məsələsində bizləri aldadıb, amma hazırkı hökumətin eyni addımı atacağını ehtimal etmirəm", - deyə prezident bildirib.
Türkiyə prezidenti ATƏT təmsilçilərini də tənqid edib, onları terrorçu adlandırıb. "Bu adam bir terrorçu olaraq burada hesabat hazırlayır. Bunun hazırladığı hesabat müstəqil ola bilərmi?", - deyə Ərdoğan qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır