Bakıda atışma olub, 2 nəfər güllələnib

Bakıda silahlı insident olub.

 

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan şosesində qeydə alınıb.

 

Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər - 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

 

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR