Ucar-Zərdab yolunda ağır qəza: keçmiş idarə rəisinin oğlu öldü

Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı minik maşını ilə VAZ-21011 markalı maşın toqquşub. Nəticədə  Zərdab rayon sakini, 33 yaşlı Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb. Ucar rayonunun Qazyan kənd sakini, 60 yaşlı Nizami Faxrəd oğlu Manafov və Zərdab rayon sakini, 51 yaşlı Cavanşir İbiş oğlu  Mürşüdov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

 

Qeyd edək ki, yol qəzası nəticəsində ölən A. Sadıqov Zərdab Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR