Suriyada kimyəvi silahdan istifadə edildi təsdiqləndi
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib. APA TV-nin məlumatına görə, bu barədə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının yaydığı bəyanatda deyilir.
“Üç nəfərin üzərində aparılan analizlərin nəticələri ölənlərin zarin və yaxud ona bənzər kimyəvi maddədən zəhərləndiklərini göstərib. Eyni nəticə xəstəxanada müalicə alan 7 nəfərdə də qeydə alınıb”, bəyanatda deyilir.
Qeyd edək ki, Suriyanın Xan-Ceyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox insan ölüb, 500-dən çoxu xəsarət alıb. Suriya ordusunun komandanlığı və silahlı müxalifət qüvvələri bir-birini kimyəvi silahdan istifadə etməkdə ittiham edib.
OXŞAR XƏBƏRLƏR
14:39
791
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
947
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1493
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1061
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1742
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1213