Putini təhqir edən milyonçu teleaparıcı işdən qovuldu
“Fox News” telekanalı ulduz aparıcı və siyasi şərhçi Bill O’Reylini işdən çıxarıb. APA TV-nin məlumatına görə, o, Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırmışdı.
Bundan əvvəl məlum olmuşdu ki, Fox telekanalı bir neçə qadının aparıcıya qarşı qaldırdığı seksual hərəkətlərlə bağlı iddiaların geri çəkilməsi üçün 13 milyon dollar ödəyib. Onun apardığı proqramların sponsorları reklam yerləşdirilməsi barədə müqavilələri birtərəfli qaydada pozmağa başlamışdılar.
Bu ilin fevralında Bill O’Reyli ABŞ prezidenti Donald Trampla müsahibədə Qərbin Moskvaya qarşı ittihamlarını xatırlatmış və Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırmışdı.
Bu ifadə rəsmi Moskva tərəfindən etirazla qarşılanmışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov telekanaldan üzrxahlıq tələb etmişdi.
Bill O’Reyli 1996-cı ildən öz verilişini aparırdı və telekanalın siması sayılırdı. Onun 10 illik aparıcılıq karyerasından sonra sərvəti on milyonlarla dollar qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır