Külək Ucarda fəsadlar törədib, yaşayış binasının damı qopub

Aprelin 19-u səhər saatlarından əsməyə başlayan güclü külək Ucar rayonunda bir sıra fəsadlar törədib. APA TV-nin yerli bürosunun xəbərinə görə, külək nəticəsində elektrik enerjisinin təchizatında problem yaranıb. Bundan başqa, Heydər Əliyev prospektində ağaclar qırılaraq yolun hərəkət hissəsinə aşıb və nəticədə nəqliyyatın hərəkətində qismən çətinlik yaradıb.

 

Mənzil İstismar Sahəsinin balansında olan 16 mənzilli ikimərtəbəli yaşayış binasının və Ucar şəhər 1 nömrəli  məktəb-liseyinin istixanasının dam örtüyünü külək qoparıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

 

Qeyd edək ki, 16 mənzilli yaşayış binasının dam örtüyü  ötən ilin sonlarında tamamilə dəyişdirilərək yenisi ilə əvəz olunmuşdu. 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR