Ucarda mikroavtobus aşdı: 7 yaralı
Ucar rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə aprelin 19-u axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə Gəncə şəhərində məskunlaşmış Kəlbəcər rayon sakinləri - 44 yaşlı Aybəniz Zakir qızı Musayeva, 49 yaşlı İlqar Bəhmən oğlu Abbasov, 46 yaşlı Vidadi Cahangir oğlu Abbasov, 50 yaşlı Fərrux Heydər oğlu Abbasov, 65 yaşlı Osman Valeh oğlu Həsənov və Göygöl rayon sakini, 54 yaşlı Rəbiyyə Əzim qızı Əliyeva xəsarət alıblar. Onlar Ucar mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Xəsarət alan daha bir nəfər isə qonşu rayonlardan birinin xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İdarəsinin İstintaq və təhqiqat Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır