Məşhur ekstrasens III dünya müharibəsinin vaxtını açıqladı
ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsini öncədən proqnozlaşdıran portuqaliyalı ekstrasens Qoratsio Vilyeqas növbəti sensasion açıqlama ilə çıxış edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, mistik müharibənin bu il başlana biləcəyini açıqlayıb. O, həmçinin nüvə savaşının da qaçılmazlığını, Suriyaya endirilən son zərbənin məhz bundan xəbər verdiyini bildirib.
Ekstrasens bir qədər də irəli gedərək, Üçüncü Dünya müharibəsinin tarixini də açıqlayıb. Onun fikrincə, savaş məhz mayın 13-də, Müqəddəs Məryəmin Portuqaliyada peyda olmasının 100-cü ildönümündə başlayacaq.
Bununla belə, Q.Vilyeqas yeni müharibənin hansı fəsadlara səbəb olacağını açıqlamayıb.
Qeyd edək ki, Vilyeqas Üçüncü Dünya müharibəsinin 2017-ci ildə başlayacağını deyən ilk şəxs deyil. Hələlik bu istiqamətdəki proqnozlar özünü doğrultmayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır