Qazaxda dəhşətli qəza: ana öldü, övladı və qaynanası yaralandı

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.

 

Yüksək sürətlə hərəkətdə olan “Mitsibushi” markalı avtomobil yolun kənarında dayanan “Opel”ə çırpılıb. Qəza zamanı "Opel"də olan 25 yaşlı Səadət İsmayılova dünyasını dəyişib. Onun qayınanası, 63 yaşlı Rəna Xasməmmədova və 1 yaşlıq övladı İsmayılov Fuad Elmir oğlu xəsarət alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, içərisində bir ailə olan “Opel” markalı avtomobilin sürücüsü Fuad İsmayılov maşını saxlayaraq bir övladı ilə mağazaya girib. Sürətlə hərəkət edən “Mitsubishi” markalı avtomobil "Opel"ə çırpılaraq qəza törədib.

 

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR