Bacısını öldürən şəxs məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

APA TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı aprelin 21-nə təyin edilib.

 

Qeyd edək ki, qətl hadisəsi bu ilin yanvarında Şamaxıda baş verib. 1977-ci il təvəllüdlü rayon sakini Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb. Ailə üzvləri hadisə baş verən gün APA TV-yə bildirmişdilər ki, qardaş bacısını inciyərək ər evini tərk edib Bakıya getdiyinə öldürüb. Hadisənin detallarına məhkəmə istintaqı dövründə aydınlıq gətiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR