Ceyms Mettis: "Husilər Səudiyyəni İran raketləri ilə vurur"
"Yəməndəki üsyançılar Səudiyyə Ərəbistanı ərazisini İran raketləri ilə atəşə tutur".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirlər ABŞ-ın müdafiə naziri Ceyms Mettisə məxsusdur.
O, mətbuata açıqlamasında həmçinin BMT-nin Yəməndəki münaqişəni tezliklə siyasi üsullarla həll edəcəyinə ümidvar olduğunu bildirib.
Yəməndə "Ənsar Əlla" qruplaşması ilə eks-prezident Əli Abdulla Salehə və hazırkı dövlət başçısı Əbd Rəbb Mansur Hadiyə yaxın ordu qüvvələri arasında münaqişə 2014-cü ildən bəri davam edir.
Hakimiyyət Səudiyyə Ərəbistanının havadan dəstəyi ilə üsyançılara qarşı ciddi mübarizə aparır. Buna cavab olaraq üsyançı qruplaşmalar Səudiyyə Ərəbistanının Yəmənlə sərhəd zonalarını atəşə tutur.
Qeyd edək ki, ABŞ İranı Yəməndəki üsyançılara dəstək verməkdə ittiham edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır