Xaçmazda yaşayış evlərindən oğurluq edənlər tutuldu

Xaçmaz rayonunda yaşayış evlərindən oğurluq edən şəxslər yaxalanıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakinləri - 1993-cü il təvəllüdlü Xanməhəmmədov Taleh Ömər oğlu və 1999-cu il təvəllüdlü Quliyev Aqşin Azər oğlu saxlanılıb.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onların Xaçmaz rayonunun Nabran kəndində Kamilov Eynulla Camal oğluna məxsus evdən 100 manat dəyərində bir ədəd “Tefal” markalı ütü, iki ədəd çaxır və bir ədəd şampan içkisini oğurladığı aşkar edilib.

 

Bundan başqa, bu iki şəxsin qabaqcadan əlbir olaraq Nabranda Cəfərov Orxan Tahir oğluna məxsus evdən hər biri 70 manat olmaqla 6 ədəd elektrik qızdırıcısını və 50 manat qiyməti olan peyk antenasına aid bir ədəd “Openbox” markalı aparatı oğurlamaqla vətəndaşa ümumilikdə 470 manat dəyərində ziyan vurduğu müəyyənləşib.

 

Müstəntiq Elxan Allahverdiyev bildirib ki, saxlanılarkən oğurladıqları əmlak götürülərək maddi sübut kimi tanınıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR