ABŞ İranla nüvə razılaşmasına yenidən baxacaq - TRAMP GÖSTƏRİŞ VERDİ
ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasına sələfi B. Obamanın zamanında imzalanan nüvə razılaşmasına əsasən İran üzərindən sanksiyaların götürülməsinin ölkə maraqlarına cavab verib-verməməsini araşdırmağı tapşırıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, dövlət katibi R. Tillerson Konqresi administrasiyanın belə bir planı olması barəsində məlumatlandırıb.
Prezident D. Trampın göstərişi ilə Milli Təhlükəsizlik Şurası sanksiyaların ləğvi ətrafındakı vəziyyəti araşdırıb, bu qərarın ABŞ-ın təhlükəsizlik üzrə dövlət maraqlarına uyğunluğu ilə əlaqəli hesabat hazırlamalıdır.
Donald Tramp dəfələrlə İranla nüvə razılaşmasını tənqid edərək, sənədi indiyədək gördüyü ən uğursuz anlaşma, eləcə də utanc kimi dəyərləndirib.
Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında nüvə anlaşması 2015-ci ilin iyulunda imzalanıb. Sənədə əsasən sanksiyaların ləğvi müqabilində rəsmi Tehran nüvə proqramını məhdudlaşdırmalıdır. Lakin bu ölkə tərəfindən yanvarın 29-da keçirilən yeni ballistik raketin sınağı ABŞ-ın İrana qarşı yeni sanksiyaları ilə nəticələnib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır