ABŞ-da gələn ay hasilat ən yüksək səviyyəyə çatacaq, neft ucuzlaşmağa başlayır
ABŞ Energetika Nazirliyinin may ayı üçün açıqladığı proqnozlar neftin qiymətinə mənfi təsir edib. APA TV-nin məlumatına görə, nazirlik may ayında ölkədə şist nefti hasilatının iki illik maksimum səviyyəsinə çatacağını proqnozlaşdırır, bu isə bazara daxil olacaq neft həcminin artması deməkdir.
Amerika Neft İnstitutu 8-14 mart tarixlərində ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının 800 min barel azaldığını, benzin ehtiyatlarının isə 1,8 milyon barel artdığını açıqlayıb. Bu qeyr-rəsmi rəqəmlər Energetika Nazirliyinin proqnozlarının bazara mənfi təsirini qismən azaldıb. Analitiklər isə ötən həftə Birləşmiş Ştatların neft ehtiyatlarının 1,5 milyon barel azalacağını düşünürlər. Qeyd edək ki, ehtiyatların həcminə dair rəsmi hesabat bu axşam açıqlanacaq.
Okeanın o tayından gələn xəbərlər neftin qiymətinin nisbətən ucuzlaşmasına səbəb olub. Birjalarda “Brent” neftinin bir bareli 54,74 dollardan, Qərbi Texas neftinin bir bareli isə 52,24 dollardan satılır. Gün ərzində qiymətlərin daha da ucuzlaşacağı gözlənilir. OPEK-dən gələcək açıqlamalar və ABŞ-ın neft ehtiyatlarının həcminin azaldığını təsdiq edəcək hesabat nefti yenidən bahalaşdıra bilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır