Saxlanılan azyaşlı: "Dedi, şöbədə qohumum var, zayı çıxsa mənlikdir"
Şirvanda oğurluq edən biri azyaşlı olmaqla 2 nəfər ələ keçib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakinləri 1993-cü il təvəllüdlü Dəmirov İlham Nurməmməd oğlu və 2001-ci il təvəllüdlü Dəmirov Asif Azad oğlu silsilə oğurluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb: "Adı çəkilən şəxslər Gülbala Şıxbala oğlu küçəsində yerləşən avtoyuma sexindən 1 ədəd aqreqat, digər sakinlərə məxsus 2 ədəd plazma televizor, 1 ədəd qaz balonu və 1 ədəd mikrodalğalı soba oğurlamaqla qabaqcadan əlbir olaraq oğurluq cinayəti əməlini törətmişdilər. Saxlanılan gənclərin başqa oğurluqlarda əllərinin olub-olmaması istintaq tərəfindən araşdırılır".
Polis göstərilən əşyaları maddi sübut kimi götürüb: "İlham dedi ki, gedək oğurluq edək. Mən oğurluq nə idi bilmirdim. Məni aldatdı ki, şöbədə mənim qohumum var. Zibili çıxsa mənlikdir".
İlham Dəmirov isə oğurluğu evdə xəstəsi olduğu üçün törətdiyini bildirib: "Polis məni tutandan sonra oğurladığım əşyaları polisə qaytardım. Evdə xəstə olduğu üçün oğurluq etdim. Oğurluq etmək mənim fikrim olub. Oğurladığım əşyaları evə yığdım. Sonra televizorları 150 manata satıb, dərman aldım. Asifə 50 manat verdim".
Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır