Putinlə Ərdoğan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. APA TV-nin məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.  

 

"Suriyadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Atəşkəs rejiminin möhkəmləndirilməsinin vacibliyi, Astana və Cenevrə formatlarında danışıqlar prosesinin aktivləşdirilməsinin mühümlüyü qeyd olunub", - deyə məlumatda bildirilir.  

 

Putin və Ərdoğan şəxsi təmasların davam etdirilməsinə dair razılığa gəliblər.  

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR