İŞİD-in "Rus" ləqəbli komandiri öldürüldü

İraqın Mosul şəhərində İŞİD liderlərindən biri məhv edilib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, şəhərin terrorçuların əlində olan hissəsi İraq ordusunun artilleriya atəşinə tutulub.

Zərərsizləşdirilən terrorçu qruplaşma tərkibində "Rus" ləqəbi ilə tanınıb. O, həm də Abu Mühacir adını daşıyıb.

İŞİD-in səhra komandirlərindən olan bu şəxsin Rusiya vətəndaşlığı daşıdığı da ehtimal olunur.

 

Hökumət qüvvələrinin zərbələri nəticəsində terrorçuların əllərində olan böyük bir ərazini tərk etməyə məcbur qaldıqları da bildirilir.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR