Şamaxıda dəhşətli qətl: əmisi oğlunu öldürdü
Şamaxı rayonunda qətl hadisəsi törədilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Göylər-Dağ kəndində qeydə alınıb.
Kənd sakini, 1979-cu il təvəllüdlü Famil Hidayətov aralarında yaranmış mübahisə zamanı əmisi oğlu, 1971-ci il təvəllüdlü Şəmsəddin Hidayətovu bıçaqlayaraq öldürüb. Qətlin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Qətli törədən şəxsin psixoloji problemlərinə görə xəstəxanada qeydiyyatda olduğu və müalicə edildiyi bildirilir.
Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
14:39
796
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
951
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1497
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1063
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1745
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1215