Prezident İlham Əliyev Bolqarıstanın keçmiş prezidentini qəbul edib
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının keçmiş prezidenti Rosen Plevneliyevi qəbul edib.
APA TV-nin xəbərinə görə, Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev Azərbaycana gəlişindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiyini deyib.
Azərbaycan prezidenti ilə görüşlərinə toxunan Rosen Plevneliyev prezident İlham Əliyevlə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğulayıb. Rosen Plevneliyev prezident İlham Əliyevin uzaqgörən siyasətinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini deyib.
Prezident İlham Əliyev özünün Bolqarıstana səfərini, Bolqarıstan Prezidenti ilə görüşlərini xatırlayaraq, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcəyinə əminliyini ifadə edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır