Şəmkirdə mal-qara oğurlayan dəstə ələ keçdi
Şəmkirdə mal-qara oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib.
APA TV-nin qərb bürosunun məlumatına görə, 4 nəfərlik qrup müxtəlif vaxtlarda ayrı-ayrı təsərrüfatlardan 2 baş iri və 23 baş xırda heyvanları oğurlamaqda şübhəli bilinir.
Saxlanılanlar rayonun Mahmudlu kənd sakinləri - 23 yaşlı Hacıağa Abbasov, 24 yaşlı Məmməd Məmmədov, 27 yaşlı Oyçu Hüseynov və 20 yaşlı Ruslan İsmayılovdur. Həmyerlilərinin mal-qarasına qənim kəsilənlər ilk əməlini ötən ilin dekabrında yaşadıqları Mahmudlu kəndində Nüsrət Hüseynova qarşı törədiblər. Gecə saatlarında fermaya girənlər oradan 8 baş qoyun oğurlayıblar. Sonra onlar Seyfəli, Çaparlı və Dəllər-Cırdaxan kəndlərində də iri və xırda buynuzlu heyvanları özününküləşdiriblər. Saxlanılan Ruslan İsmayılov deyib ki, oğurluq mal-qaranı Hacıağa Abbasova məxsus "VAZ-2106" markalı avtomobillə Bərdə və Tovuz rayon bazarlarında tanımadıqları şəxslərə satıblar: "Tovuzun bazarında satdıq. Hərəmizə 110 manat pul düşdü. Hacının maşını olduğu üçün 200 manat verdik".
Dəstə üzvləri sonuncu cinayət əməlini isə Keçili kəndində Allahverdi Məmmədova qarşı törədiblər. Oğurladıqları 5 baş xırda davarı Tovuz bazarında satışa çıxaranların alıcısı polislər olub.
Hələlik dəstənin 6 təsərrüfatdan 24 baş heyvan oğurladığı müəyyən edilib. Saxlanılan şəxslər müstəntiq Yunis Quliyevlə söhbət zamanı silsilə oğurluq törətdiklərini gizlətməyiblər: "Peyindən bilirdik mal damıdır. Beləcə oğurlayıb satırdıq. Pulunu da xərcləyirdik".
Dəstənin digər üzvü Oyçu Hüseynovun tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, saxlanılan dəstə üzvlərinin bir biri ilə qohumlu əlaqəsi var.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır