Mübariz İbrahimov haqqında film çəkilir

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən “Mübariz” filmi çəkilir.

 

APA TV-nin məlumatına görə, bədii janrda ekranlaşdırılacaq filmin hazırlıq işləri yekunlaşıb.

 

Çəkilişlər Azərbaycanda olacaq. Yaxın günlərdə “İst Film”in yaradıcı qrupu və ssenarist Bakıya gələcək. Ssenari türkiyəli Ali Doğançay və Rəşad Süleymanoğlu tərəfindən yazılacaq. Rejissorun və aktyorların kimliyi gizli saxlanılsa da, filmdə kifayət qədər tanınmış insanların iştirak edəcəyi gözlənilir. Ekran işində peşəkar kaskadyorlardan istifadə olunacaq. Film türk dilində olacaq. Bütün türk dövlətləri, İran, eləcə də Fransa və Macarıstanda nümayiş olunacağına görə film dublyaj ediləcək. Rəsmi treyler gələn ay təqdim olunacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR