"Kurtlar Vadisi" ekranlara qayıdır
Türkiyənin məşhur seriallarından olan "Kurtlar Vadisi" ekranlara dönür. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, yeni çəkilişlərə Antalyada start verilib.
"Kurtlar Vadisi Pusu"dan sonra serial tək bölümlə "Kurtlar Vadisi Vatan" adı ilə ekranlara çıxacaq.
Xatırladaq ki, adı çəkilən serial Türkiyədə uzun illər yayımlan ekran işidir. Ötən mövsüm serialın yayımlanması üçün heç bir kanalla razılıq əldə olunmamışdı. "Pana Film"in rəhbəri Nicati Şaşmaz 15 iyul dövlət çevrilişinə cəhd mövzusunda "Kurtlar Vadisi Darbe" filmini çəkəcəklərini açıqlamışdı. Ancaq şirkətdən bir nəfərin çevriliş cəhdindən aylar öncə "Kurtlar Vadisi Darbe" adını hüququ cəhətdən alınması üçün müraciət etdiyi məlum olub, ara qarışmışdı. Bununla da həmin filmin çəkilişi təxirə salınmışdı.
Qeyd edək ki, daha öncə də Kurtlar Vadisinin "Kurtlar Vadisi İrak", "Kurtlar Vadisi Gladio" və "Kurtlar Vadisi Filistin" adlı film versiyaları tamaşaçıya təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır