Əsədin həyat yoldaşına xəbərdarlıq: Ərini dəstəkləsən...

Britaniya parlamenti Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşının vətəndaşlıqdan çıxarılması məsələsini qaldırıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu tələblə Mühafizəkarlar Partiyasının üzvü Nədim Zəhavi çıxış edib.


Əsma Əsədə müraciətdə onun ərini və rejimi dəstəkləməyə davam edəcəyi halda Britaniya vətəndaşlığından çıxarılacağı qeyd edilib.


Xatırladaq ki, Əsma Əsəd Suriya ilə yanaşır Britaniya vətəndaşlığı da daşıyır. Londonda doğulan xanım Əsəd sosial media vasitəsilə Dəməşq rejimini dəstəkləyən çıxışlar edir.


Nədim Zəhavi iddia edib ki, Bəşər Əsəd öz xalqına qarşı divan tutur, hətta kimyəvi silahlardan istifadə edir. Bir qadının bütün bunları dəstəkləməsi qəbulolunmazdır.


Qeyd edək ki, Nədim Zəhavi Bağdadda dünyaya gəlib, 6 yaşından isə ailəsi Britaniyaya köçüb. Hazırda o, krallığın parlamentinin xarici əlaqələr komitəsində fəaliyyət göstərir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR