Ləğvetmə prosesində olan bankların əmlakları satışa çıxarılır
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Mərkəzi Bankından götürdüyü kreditin birinci tranşını yanvar ayında artıq qaytarıb.
APA TV-nin xəbərinə görə, bu barədə Fondun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tranşın məbləği 22 mln. manat, kredit dərəcəsi isə 5% təşkil edib. Mərkəzi Bank Fonda ikinci tranş üzrə 100 mln. manat kredit ayırıb. Üçüncü tranşın məbləği isə 445 mln. manat təşkil edir. Hazırda fondun 80 mln. manat vəsaiti var.
Azad Cavadov deyib ki, bu ay ləğvetmə prosesində olan bütün banklar üzrə Kreditorlar Komitəsi fəaliyyətə başlayacaq. Həmin bankların əmlaklarının qiymətləndirilməsi prosesi başa çatıb. Onun sözlərinə görə, ləğvetmə prosesində olan bankların əmlaklarının satılması prosesi şəffaf qaydada, hərraclar yolu ilə həyata keçiriləcək. Hazırda iki hərrac mərkəzi ilə danışıqlar aparılır. Məhkəmə qərarı olandan sonra ləğvetmə prosesində olan bankların əmlakları satışa çıxarılacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır