Tramp Ərdoğana zəng etdi: TƏŞƏKKÜR VƏ TƏBRİK

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

 

APA TV-nin məlumatına görə, Donald Tramp Suriyanın İdlib şəhərində Əsəd qüvvələrinin kimyəvi silah işlətməsinə qarşı endirilən zərbələrə dəstək nümayişinə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Dövlət başçıları həmçinin bölgədə terrora qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsini vacib saydıqlarını və yalnız bu yolla hədəfə çatmağın mümkünlüyünü vurğulayıblar.

Donald Tramp Türkiyədəki referendumun nəticələrinə görə Ərdoğanı təbrik edib.


 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR