Zaqatalada sahibsiz it 29 yaşlı kişini dişlədi
Zaqatalada sahibsiz it 29 yaşlı kişini dişləyib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, dünən axşam saatlarında rayonun Çobankol kənd sakini Sərxan Mustafayev sol bilək nahiyəsinin it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.
Sərxan Mustafayevə xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Sərxan Mustafayevin sözlərinə görə, sahibsiz it onların həyətindəki itlərə hücum edib. Sərxan həmin iti həyətdən qovmaq istəyən zaman hücuma məruz qalıb. İt onun sol biləyini dişləyərək çeynəyib.
Zərərçəkmişin anası bildirib ki, son zamanlar kənddə sahibsiz itlərin sayı artıb. Hətta sakinlər gecələr həyətə düşməyə belə qorxurlar.
OXŞAR XƏBƏRLƏR
14:39
796
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
951
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1497
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1063
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1745
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1215