ABŞ Koreya sahillərini əlavə ordu göndərir: RUSİYADAN ÜSTÜÖRTÜLÜ HƏDƏ

ABŞ Koreya sahillərinə daha iki aviadaşıyıcı gəmi göndərəcək. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, "Karl Vinson"dan başqa, "Ronald Reyqan" və "Nimits" gəmiləri də davamlı olaraq Yapon dənizi sularında saxlanılacaq.

Bu barədə rəsmi Vaşinqton və Seul artıq razılığa gəliblər.

Aprelin 25-də adı çəkilən avidaşıyıcıların yarımada sahillərinə daha da yaxınlaşacağı bildirilir.
 

ABŞ-ın belə sərt addımı bu vaxta qədər müşahidə edilməyib və bu, Şimali Koreyanın nüvə başlıqlı raket sınaqlarının sayını artırması ilə bağlıdır.

Pxenyan isə dəfələrlə ABŞ-dan çəkinmədiyini və belə aqressiv hərəkətlərə nüvə zərbəsi ilə cavab verə biləcəyini vurğulayıb.


Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva ABŞ-ın Suriyada etdiyi hərəkətləri təkrarlamayacağına ümid edir.


 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR