Yaponiya Şimali Koreyaya xəbərdarlıq etdi - VURARIQ!
Yaponiya hökuməti ilk dəfə olaraq Şimali Koreya tərəfindən atılacaq raketin ölkənin ərazi sularına düşəcəyi təqdirdə özünümüdafiə qüvvələrini səfərbər etməyi planlaşdırır.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Yaponiya qanunlarında qonşu dövlətin atacağı raketin Yaponiyanın ərazi sularına düşməsi dövlətin ərazisinə təhlükə kimi dəyərləndirilir.
Bu halda ordu qüvvələri səfərbər edilir və silah istifadə olunması ilə cavab tədbirləri görülür. Daha bir maraqlı məqam isə Yaponiya hökumətinin indiyədək ölkəyə qarşı təhlükə yaradacaq hallara qarşı hər hansı addım atmamasıdır. Lakin hazırda mövcud vəziyyət təhlükəni ciddi qəbul etməyə rəvac verir.
Qeyd edək ki, Şimali Koreya BMT qətnamələrinə zidd olaraq mütəmadi raket sınaqları həyata keçirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır