Yaxın Şərqdə vəziyyətin stabilləşməsi neftin qiymətini sabitləşdirib
Yaxın Şərqdə durumun nisbətən sabitləşməsi və ABŞ-da hasilatın artması neftin qiymətini stabilləşdirib.
APA TV-nin xəbərinə görə, birjaların səhər seanslarında “Brent” markalı neftin 1 bareli 55,36 dollardan, Qərbi Texas neftinin 1 bareli isə 52,67 dollardan satılır. Son 24 saat ərzində neftin qiymətində əhəmiyyətli dəyişiklik olmayıb.
Dünyada gərginlik mərkəzinin Yaxın Şərqdən Koreya yarımadasında keçməsi yaxın günlərdə neftin qiymətinə əhəmiyyətli təsir edə bilər. Yarımadada hərbi əməliyyatların başlaması dünya təhlükəsizlik sistemində təlatümə səbəb olacaq nəticələrə gətirib çıxara bilər, bu ehtimalın mövcudluğu neftə tələbatı avtomatik artırmış olur. İrimiqyaslı münaqişələr zamanı dövlətlər yanacaq ehtiyatları toplamağa başlayır və daha artıq miqdarda neft satın alırlar.
Bu gün gecə saatlarında ABŞ-ın neft ehtiyatlarının həcminə dair ilk qeyr-rəsmi hesabat açıqlanacaq. Neft analitikləri qiymətlərin 55 dollar səviyyəsində qalmasını ABŞ-da şist yanacağı hasilatının artımı üçün pozitiv səbəb kimi dəyərləndirir. Bu səbəbdən ABŞ-da hasil olunmuş ehtiyatların həcminin artacağı istisna edilmir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır