Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır
Türkiyə Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzatmağı tövsiyə edib. APA TV-nin məlumatına görə, bu barədə Şuranın prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasının yekunları ilə bağlı yayılan açıqlamada bildirilir.
Təhlükəsizlik Şurasının iclasından sonra Nazirlər Şurasının toplantısı keçirilir. Nazirlər fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar qəbul ediblər və məsələ parlamentin müzakirəsinə təqdim edilib.
Numan Kurtulmuş, hökumət sözçüsü: “Nazirlər Şurasının iclasında Milli Təhlükəsizlik Şurası tövsiyəsi ilə 19 aprel 2017-ci il saat 01.00-dan etibarən fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılması ilə bağlı məsələnin Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi qərara alınıb”.
Hazırda qüvvədə olan fövqəladə vəziyyət rejimi aprelin 19-da başa çatır. Ölkədə fövqəladə vəziyyət rejimi ötən ilin iyulunda çevrilişə cəhddən sonra tətbiq edilib. Bundan əvvəl Türkiyənin baş naziri Binali Yıldırım fövqəladə vəziyyət rejiminin böyük ehtimalla iyuladək qüvvədə qalacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır