Parisdə etiraz aksiyası toqquşmalarla bitdi
Parisdə prezidentliyə namizəd, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen əleyhdarlarının etiraz aksiyaları iki gündür davam edir. Onlar Le Peni Fransada əsas hüquq və azadlıqlara, eləcə də miqrantlara qarşı təhlükə hesab edirlər.
Paris yaxınlığındakı Obervilye şəhərindən nümayişçilər Parisə qədər yürüş ediblər. Lakin dinc yürüş sonra polis əməkdaşları ilə toqquşmalarla nəticələnib. Aksiya iştirakçıları asayiş keşikçilərinə yandırıcı maye ilə dolu butulkalar, tüstü şaşkaları və başqa əşyalar atıblar. Xüsusi təyinatlılar isə gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Fransada prezident seçkiləri aprelin 23-də keçiriləcək. İkinci turun mayın 7-də keçirilməsi planlaşdırılır. Ekspertlər Marin Le Penin prezident kürsüsü uğrunda mübarizəni davam etdirməsi şanslarını yüksək qiymətləndirirlər. Onun əsas rəqibləri sabiq iqtisadiyyat naziri Emmanuel Makron və keçmiş baş nazir Fransua Fiyondur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır