Şimali Koreyadan nüvə müharibəsi xəbərdarlığı: Hər an başlaya bilər!
ABŞ-a görə hər an nüvə müharibəsi başlaya bilər. Bunu Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin müavini Kim İn Rön bəyan edib.
“ABŞ regionda nüvə müharibəsinə gətirib çıxara biləcək təhlükəli vəziyyət yaradıb. Bu, dünyada sülh və sabitlik üçün ciddi təhlükə yaradır. Koreya Xalq Demokratik Respublikası Amerikanın istənilən hərbi planlarına cavab verməyə hazırdır. Biz həmçinin lazım bildiyimiz zaman nüvə sınaqlarını davam etdirəcəyik”, deyə Şimali Koreya rəsmisi vurğulayıb.
ABŞ isə bəyan edib ki, hələlik Şimali Koreyaya nüvə proqramına görə iqtisadi və siyasi alətlərlə təzyiq göstərməyi planlaşdırır. Bunu Ağ Evin nümayəndəsi Şon Speyser mətbuat konfransında bildirib. Bununla belə, o deyib ki, Amerika hökuməti Pxenyanın uğursuz raket sınaqlarını öyrənir və nüvə proqramının genişləndiriləcəyi təqdirdə Şimali Koreyaya heç bir cavabı istisna etmək olmaz.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır