“Boavişta” Kamran Ağayevi göndərdi
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin “Boavişta”dan kənarlaşdırılması təsdiqlənib. APA TV-nin məlumatına görə, bu barədə xəbəri Portuqaliya klubunun rəsmi Facebook səhifəsi yayıb. Pireneylilər qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Bununla da martın 26-da keçirilən Azərbaycan-Almaniya oyunundan (1:4) sonra yığmamızın baş məşqçisi Robert Prosineçkinin dedikləri təsdiqlənib. Həmin vaxt xorvatiyalı mütəxəssis Kamranın klubsuz qaldığını açıqlasa da, qapıçı həmin vaxtdan ölkəmizdə qalsa da, “Boavişta” rəsmi məlumat yaymamışdı.
Portuqaliya mətbuatı iddia edir ki, azərbaycanlı qapıçı ilə yolların ayrılması qərarında onun "Benfika" ilə yanvarın 15-də keçirilmiş oyunun sonunda rəqib futbolçularla dalaşması və 3 oyunluq cəzalandırılması əhəmiyyətli rol oynayıb.
Kamran Ağayev Portuqaliya çempionatında 12, ölkə kubokunda isə 2 oyunda forma geyinib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır