ATƏT rəyini açıqladı: "Türkiyədəki referendum..."
"Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum Avropa Şurası standartlarına uyğun olmayıb".
APA-nın məlumatına görə, bu barədə ATƏT-in Türkiyədəki referendumla bağlı müşahidə missiyasının rəhbəri Sezar Florin Predanın yaydığı bəyanatda deyilir.
Müşahidəçilərin qənaətinə əsasən, referendum ərəfəsində aparılan təşviqat kampaniyası zamanı media resurslarında tərəflərə bərabər imkanlar yaradılmayıb. Bildirilir ki, referendumun texniki aspektləri yaxşı təşkil edilsə də, islahatların əsas aspektləri, fundamental azadlıqların məhdudlaşdırılması və mümkün mənfi effektlərə dair ictimaiyyətə tərəfsiz məlumatlar verilməyib: “Referendum günü bəzi regionlar istisna olmaqla, böyük problemlər yaşanmayıb. Bununla belə, seçki məntəqələrində vətəndaş cəmiyyəti nümayəndələrin olmaması üzücüdür. Ümumilikdə referendum Avropa Şurası standartlarına uyğun keçirilməyib. Hüquqi çərçivə əsl demokratik prosesin həyata keçirilməsi üçün qeyri-kafi idi".
Müşahidə missiyası hesab edir ki, referendum ərəfəsində ölkədəki durum, ilk növbədə qüvvədə olan fövqəladə vəziyyət mediada siyasi partiyaların mövqeyinin bitərəf işıqlandırılmasına yol açmayıb və hakim partiyaya üstünlük verilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır