Lənkəranda təşviş yaradan şəxs polisə təslim oldu
Daxili İşlər Nazirliyinin “102” xidmətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Şəhər İdarəsinin inzibati binasına bomba qoyulması barədə məlumat daxil olub. APA TV-nin Cənub bürosunun məlumatına görə, təcili olaraq əraziyə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları cəlb olunub. İdarənin əməkdaşları binadan təxliyə olunub və axtarışlara başlanılıb. İdarəyə bomba qoyulması barədə fakt təsdiqini tapmayıb. İdarəyə bomba qoyulması barədə yalan məlumat verən şəxs rayonun Boladi kənd sakini, II qrup Qarabağ müharibəsi əlili, 1973-cü il təvəllüdlü Habil Sadıqov könüllü olaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gəlib.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI