CHP Konstitusiya Məhkəməsinə müraciət edəcək

Cümhuriyyət Xalq Partiyası (CHP) referendumun nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, partiyanın qrup rəhbəri Bülənd Tezcan səslərin sayılması anından etibarən gizli sayılma ilə bağlı şikayətlər daxil olduğunu, bununla bağlı Ali Seçki Orqanına etiraz etdiklərini bildirib.

 

"Bu seçim gizli sayılma qanunlarının tətbiq olunduğu dəyənəkli seçki olaraq tariximizin qara səhifəsində yerini alacaq", - deyə Tezcan mətbuat konfransında qeyd edib. 

 

"Gərginliyi azaldacaq tək şey referendumun nəticələrinin etibarsız sayılması olacaq. Seçkilərlə bağlı şikayətimizi Konstitusiya Məhkəməsinə verəcəyik. Lazım olarsa, Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edəcəyik". 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR