Ruslar ABŞ-la müharibəni istisna etmir

Rusiyanın İctimai Rəyin Öyrənilməsi Mərkəzi vətəndaşlar arasında sorğu keçirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, sorğuda iştirak edən vətəndaşların 30 faizi Rusiya ilə ABŞ arasında hərbi toqquşmaların yaranacağını istisna etməyib, 63 faiz respondent isə hər hansı silahlı münaqişənin olacağını düşünmədiyini deyib.

 

Donald Trampa etimada gəlincə, hər üçüncü respondent hazırkı ABŞ prezidentinə etibar etmir. Eyni zamanda 20 faiz Rusiya vətəndaşı respublikaçı namizədin hakimiyyətə gəlməsindən sonra iki dövlət arasında əlaqələrin möhkəmləndiyi fikrindədir.

 

1200 nəfər arasında telefonla keçirilən sorğuda rəyi soruşulanların 42 faizi Rusiya-ABŞ əlaqələrini neqativ, 28 faiz soyuq olaraq dəyərləndirib. 12 faiz insan isə iki dövlətin, ümumiyyətlə, düşmən olduğunu deyib. 9 faiz bu əlaqələrin normal inkişaf etdiyini, 3 faiz Rusiya və ABŞ-ın dost olduğunu söyləyib.

 

 

 






 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR