Azərbaycan əhalisinin sayı açıqlandı
Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 13 686 nəfər və yaxud 0,1% artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9 823 667 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 113 nəfər olub. Əhalinin ümumi sayının 53,0%-i şəhər, 47,0%-i isə kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil edib. Körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3% təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür.
2017-ci ilin yanvar-fevral aylarında ölkədə 11070 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,1 təşkil edib.
Bu ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub. Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 306 nəfər gələn və 198 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 108 nəfər təşkil edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır