Merkel Türkiyədəki referenduma münasibət bildirdi
Almaniya kansleri Angela Merkel Türkiyədə keçirilən referenduma münasibət bildirib.
APA TV-nin məlumatına görə, Merkel Konstitusiya dəyişikliyi referendumunun ardından "qarşılıqlı dialoq" çağırışı edib.
Almaniya kansleri və xarici işlər naziri Siqmar Qabrielin ortaq açıqlamasında bu fikirlər yer alıb:
"Almaniya hökuməti Türkiyədəki referendumun rəsmi olmayan nəticələrini diqqətdə saxlayır, türk xalqının konstitusiya haqqındakı qərarına sayğı duyur. Referendumda alınan nəticə Türkiyə toplumunun nə qədər bölünmüş olduğunu göstərir. Bu vəziyyət Türkiyə hökuməti və prezident Ərdoğan üçün böyük cavabdehlik mənasına gəlir. Almaniya hökuməti Türkiyə hökumətinin bütün siyasi və sosial qruplarla qarşılıqlı dialoq axtarışında olmasını gözləyir. Türkiyə ilə ən yaxın zamanda ikitərəfli danışıqlar aparılmalıdır. Türkiyə və Avropa Birliyi qurumları arasında konstitusional islahatlar və proseslə bağlı danışıqlar aparılmalıdır".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır