Trampın müşaviri: "Şimali Koreyaya hərbi müdaxilə edə bilərik"
ABŞ prezidenti Donald Tramp Çin lideri Si Tzsinpinlə danışıqlar zamanı Şimali Koreyanı Pekin üçün aktiv ticarət tərəfdaşı deyil, əslində maneə olduğuna inandırıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu D.Trampın müşaviri Ketlin Makfarlend deyib: "Şimali Koreya təkcə ABŞ və Cənubi Koreya, Yaponiya və Rusiya üçün yox, Çinin özü üçün də böyük maneədir".
O, həmçinin deyib ki, Şimali Koreyaya təzyiqlər edilməsi üçün tərəfdaşları ilə birlikdə iqtisadi və diplomatik üsullardan istifadə olunacaq. K.Makfarlend Donald Trampın andiçməsindən sonra Şimali Koreya ilə bağlı keçirdiyi müşavirələri bu ölkənin fəaliyyətinə verdiyi önəm kimi dəyərləndirib.
ABŞ rəsmisi eyni zamanda ölkəsində sanksiyalar da daxil olmaqla Şimali Koreyaya qarşı sanksiyalar paketi, diplomatik addımlar və hətta hərbi müdaxilənin nəzərdən keçirildiyini deyib. O, bütün bu addımların Şimali Koreya hakimiyyətinin raket sınaqlarından çəkindirmək məqsədi daşıdığını söyləyib.
D.Trampın özü isə Şimali Koreyaya təzyiq müqabilində Cənubi Koreya ilə sərfəli ticarət anlaşması təklif etdiklərini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır