Türkiyə Ali Seçki Orqanının sədri: "Bülletenlər saxta deyil"

"Etibarsız olduğu irəli sürülən bülletenlər və zərflər Ali Seçki Orqanı tərəfindən istehsal olunan həqiqi, doğru, saxta olmayan bülletenlər və zərflərdir".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikirləri Türkiyənin Ali Seçki Orqanının rəhbəri Sadi Güven açıqlayıb. Onun sözlərinə görə, seçicinin siyahıda adı varsa, ona bülleten verilir, vətəndaş səs verir, seçimini edir: "Vətəndaşlara verilən zərf və bülletenlər filigramlı, Ali Seçki Orqanı (YSK) tərəfindən xüsusi olaraq istehsal olunan sənədlərdir. Pullardakı kimi qaldıranda YSK yazısını görə bilərsiniz. Etibarsız olduğu irəli sürülən bülletenlər və zərflər Ali Seçki Orqanı tərəfindən istehsal olunan həqiqi, doğru, saxta olmayan bülletenlər və zərflərdir. Saxta olan bülletenlər və zərflər onsuz da etibarlı deyil".

 

Sadi Güven "Ali Seçki Orqanı olaraq vətəndaşın haqqını istifadə etməsinin, onun iradəsinin seçki qutusunda əks olunmasına qərar verir", deyə əlavə edib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vəfatının 24-cü ildönümü ilə əlaqədar Türkiyənin 8-ci prezidenti olmuş Turqut Özalın qəbrini ziyarət edib. Ərdoğan, Turqut Özal üçün keçirilən anma mərasimindən sonra ölkənin 10-cu baş naziri olmuş  Adnan Menderesin də qəbrini ziyarət edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR