Azərbaycanda yeni məbəd aşkarlandı - TARİXİ TAPINTI
Balakən rayonunun Qazbinə kəndinin yaxınlığında Qafqaz Albaniyası dövrünə aid tarixi abidə aşkarlanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, abidənin yerini kənd sakinlərinin verdiyi məlumat əsasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli müəyyənləşdirib.
Onun dediyinə görə, dağlıq ərazidə, el arasında “Laçın qaya” adlanan ərazinin cənubunda bu günə qədər haqqında heç bir məlumat olmayan və tarixi abidələrimizin siyahısına salınmayan yeni məbəd aşkar edilib. Abidə Qafqaz Albaniyası dövrünə aid xristian məbədlərindəndir. Məbədin ilkin orta əsrlərə aid olması ilə yanaşı, maraqlı fərqli cəhətləri də var. Bu məbədin həm ölçüləri, həm də mehrab və qapılarının yerləşmə qaydası fərqlidir. Məbədin daha əvvəl burada mövcud olmuş Ay Məbədinin üzərində tikilməsi də ehtimallar arasındadır.
Tarixçinin sözlərinə görə, naməlum şəxslər abidəyə xəzinə tapmaq ümidi ilə böyük ziyan vurublar. Məbədin qeydiyyata alınmaqla yanaşı, bərpasına da ehtiyac var.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır