Maykl Pens: "Şimali Koreyaya münasibətdə səbrimiz tükənib"
"ABŞ-ın Şimali Koreyaya münasibətdə səbri tükənib". APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu fikirləri ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.
Asiya-Sakit okean regionuna turnesi çərçivəsində Cənubi və Şimali Koreya sərhədinə səfər edən Pens deyib ki, hazırda Birləşmiş Ştatlar Koreya yarımadasında təhlükəsizliyi danışıqlar yolu ilə bərpa etməyə səy göstərir. Lakin bununla belə, vitse-prezident digər mümkün variantların da nəzərdən keçirildiyinə işarə edib.
Bu gün vitse-prezidentin Cənubi Koreya lideri Xvan Qe An ilə görüşü gözlənilir. Səfər çərçivəsində M.Pensin növbəti dayanacağı isə Yaponiya olacaq.
Bu arada "gündoğar ölkə"nin baş naziri Sindzo Abe parlamentdəki çıxışı zamanı Şimali Koreyanı provokativ addımlardan çəkinməyə, BMT qətnamələrinə uyğun olaraq nüvə proqramından imtina etməyə çağırıb.
Qeyd edək ki, Koreya yarımadasında vəziyyət Pxenyanın nüvə sınağı keçirərək, ballistik raket buraxmasından sonra gərginləşib. Şimali Koreya il ərzində ümumilikdə 20 belə sınaq həyata keçirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır