Birjalar açıldı, neft həftəyə ucuzlaşmaqla başladı
Birjalarda yeni həftənin ilk hərracları baş tutub. “Brent” markalı neft hərraca 55,74 dollardan start versə də, sonrakı seanslarda qiymət 55,36 dollara kimi ucuzlaşıb. İlk hərracda Qərbi Texas neftinin bir bareli 52,98 dollardan satılıb, səhər seanslarında isə qiymət 52,76 olub.
Həftə ərzində neftin qiymətinin formalaşması OPEK-dən gələn xəbərlərdən asılı olacaq. Səudiyyə Ərəbistanı, İraq və Küveyt qiymətlərin 60 dollar səviyyəsinə çatdırılması istiqamətində danışıqlara başlayıblar. Kartelin hasil etdiyi neftin tam yarısı bu üç ölkənin payına düşür. Əsas neft ölkələri hesab edir ki, hasilatın azaldılması ilə neftin qiymətinin 55 dollara çatması təmin olunub və növbəti hədəf kimi 60 dollar götürülməlidir. Bu hədəfə nail olmaq mayın 25-də Vyanada keçiriləcək görüşün nəticələrindən asılıdır. Səudiyyə Ərəbistanı, İraq və Küveyt hesab edir ki, 60 dollar həddi bütün neft hasil edən ölkələrə sərf edir və bu rəqəm şist neftinin kütləvi hasilatına imkan verməyəcək həddir.
Sabah axşam Amerika Neft İnstitutu ABŞ-ın neft ehtiyatlarının həcminə dair ilk qeyri-rəsmi hesabatı açıqlayacaq. Ölkənin anbarlarda saxlanan neft ehtiyatları iki həftədir azalır, bu tendensiyanın davam edib-etməyəcəyi çərşənbə günü ABŞ Energetika Nazirliyinin açıqlayacağı rəsmi hesabatdan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır