Şəmkirdə ağır qəza: 4 yaralı
Bu gün Şəmkir-Gədəbəy avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, qəza yolun 13-cü km-də qeydə alınıb.
"Niva" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin - Şəmkir rayon Morul kənd sakini, 1959-cu il təvəllüdlü Zeynəb Salmanova və 1963-cü il təvəllüdlü Xanım Sadıqovanın vəziyyəti orta-ağır, digər iki nəfərin vəziyyəti isə normal qiymətləndirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:39
849
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1001
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1549
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1068
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1753
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1222