Makmaster: "Ruslarla ciddi danışmağın vaxtıdır"

"Rusiya ilə ciddi məşğul olmağın vaxtı çatıb". APA TV-nin məlumatına görə, bu açıqlama ilə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster ABC telekanalına müsahibəsində açıqlama verib.

O bildirib ki, Moskvanın Suriyadakı hərəkətləri və Bəşər Əsədi dəstəkləməsinə göz yummaq olmaz.

Makmaster deyib ki, ABŞ-Rusiya münasibətləri indi ürəkaçan səviyyədə deyil, amma bunun inkişafı mütləqdir və bu istiqamətdə çalışmaq lazımdır.

O, Dövlət Departamentinin rəhbərinin Moskvaya səfərini yüksək dəyərləndirib və bunu vaxtında atılmış addım adlandırıb.

Xatırladaq ki, Makmaster Əsəd hakimiyyətini dəfələrlə "vəhşi" və "qaniçən" adlandırıb, Rusiyanı isə onu dəstəkləməkdə ittiham edib. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR