Türkiyə "EVET" dedi: Referendumun ilkin nəticəsi
Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.
Bülletenlərin 98 faizinin sayılmasından sonra seçicilərin 51,3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48,6 faizi əleyhinə səs verib.
İlkin nəticələrə görə, bülletenlərin 23,8 faizinin sayılmasından sonra seçicilərin əksəriyyətinin dəyişiklikləri dəstəklədiyi məlum olub.
Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır