Cənubi Azərbycan əyalətlərində 42 nəfər sel qurbanı oldu

İranda baş verən təbii fəlakət nəticəsində Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərində 37 nəfər, Kürdüstan əyalətində 5 nəfər təbii fəlakətin qurbanı olub.

APA TV-nin məlumatına görə, cümə günündən başlayan leysan yağışları nəticəsində İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan, Zəncan, Kirmanşah və Mazandaran  əyalətlərində sel və daşqınlar baş verib.

 

Təbii fəlakət həmin əyalətlərdə  40 şəhərə ziyan vurub, 42 nəfər ölüb, 6 nəfər itkin düşüb. Sel və daşqınlar daha çox Şərqi Azərbaycan əyalətinin Əcəbşir və Azərşəhr şəhərlərinə ziyan vurub, ölənlərin əksəriyyəti bu iki şəhərdəndir. Azərşəhr və Əcəbşirdə 36 nəfər həyatını itirib, 6 nəfər itkin düşüb.
 

Ölənlərin sayının artacağı istisna edilmir, itkin düşən şəxslərin axtarışı davam edir.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR