Cəlilabadda yanğın: 13 yaşlı qız tüstüdən zəhərləndi

Cəlilabadda yanğın baş verib. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Zaur Abbasova məxsus fərdi yaşayış evində başlayan yanğın tədricən genişlənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğının digər otaqlara yayılmasının qarısın alınıb. Hadisə zamanı  evdə qalan 13 yaşlı  Fatimə Abbasova   yanğınsöndürənlər tərəfindən evdən  çıxarılıb. Xəstəxanaya aparılan qızda yanıq xəsarətləri aşkarlanmasa da, onun tüstüdən zəhərləndiyi müəyyən olunub.

 

Hadisə zamanı 99 kvadratmetr sahəsi olan evin 20 kvadratmetr hissəsi əşyalarla bilikdə yanıb.

Hadisənin səbəbləri araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR