İrandan ABŞ-a güc nümayişi - YENİ SİLAHLAR

İran prezidenti Həsən  Ruhani Müdafiə Nazirliyinin təşkil etdiyi sərgidə iştirak edib.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə,  prezidentə "Kosar" təlim təyyarəsi, "Mohajer-6" taktiki pilotsuz uçuş aparatı, "Nasir" gəmi əleyhinə qanadlı, eləcə də "hava-hava" tipli "Fakor" raketləri barədə məlumat verilib. 

Həsən Ruhani həmçinin "Qaher-313" qırıcısının uçuşa hazırlığı mərasiminə qatılıb.

Qeyd edək ki, yerli sənayenin istehsalı olan "Kosar" reaktiv təlim təyyarəsi İranı analoji uçuş aparatlarına malik nadir ölkələr sırasına çıxarıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR